Nizami Yusubov - Biography

Mən, Yusubov Nizami Dəmir oğlu 2 fevral 1965-ci ildə Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuş və 1972-1982-ci illərdə Lənkəran şəhərinin 2 №-li orta məktəbində orta təhsil almışam. Eyni zamanda 1981-1982 tədris ilində orta məktəbin 10-cu sinif şagirdi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin iki illik Qiyabi Fizika məktəbini bir ilə qurtarmışam. Orta məktəbdə oxuduğum illərdə şəhərin ictimai həyatında fəal iştirak etmiş, müxtəlif fənn olimpiadalarının iştirakçısı və qalibi olmuşam. 1982-ci ildə Azərbaycan Politexnik İnstitutuna «Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər» ixtisası üzrə daxil olmuş, 1983-1985-ci illərdə Sovetlər Birliyində qəbul olunmuş qərara əsasən institutun birinci kursunu bitirib ordu sıralarında xidmət etmişəm. Ordu sıralarında 2- illik xidməti başa vurduqdan sonra 1985-1989 illərdə yenidən təhsilimi Azərbaycan Politexnik İnstitutunda davam etmişəm. Ali məktəbdə təhsil aldığım illərdə dərs əlaçısı və Lenin təqaüdçüsü olmuşam. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu «Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və «Maşınqayırma texnologiyası» kafedrasnın tövsiyəsi və Maşınqayıma fakultəsi Elmi Şurasının qərarı ilə stackeçən tədqiqatçı kimi kafedrada saxlanılmışam. 1990-cı ilin sentyabrından Çelyabinsk Dövlət Texniki Universitetinə (ÇDTU) məqsədli aspiranturaya göndərilmiş və 1993-cü il yanvar ayının 25-də ÇDTU-da 05.02.08-«Maşınqayırma texnologiyası» ixtisası üzrə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışam. 1993-cü ilin oktyabr ayından «Maşınqayırma texnologiyası» kafedrasında assistent, 1994-cü ilin noyabrından baş müəllim və 1995-ci ilin noyabr ayından dosent, 2013-cü ilin noyabr ayından professor, 2016-cı ildən isə kafedra müdiri vəzifəsində çalışıram. 09 sentyabr 2015-ci ildən 1 noyabr 2016-ci ilə qədər Lənkəran Dövlət Universitetinin (LDU) tədris işləri üzrə prorektoru olmuş, 29.03.2016-30.05.2016-cı ildə isə LDU-nun rektor vəzifəsinin icrasını yerinə yetrimişəm. 1998-ci ilin fevral ayının 2-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 05.02.08-«Maşınqayırma texnologiyası» ixtisası üzrə dosent elmi adını almışam. 02 dekabr 2009-cu ildə AzTU-nun nəzdindəki D. 02. 171 Dissertasiya Şurasında 05.02.08-«Maşınqayırma texnologiyası» ixtisası üzrə «Torna avtomat-dəzgahlar qrupunda çoxalətli emalın səmərəliliyinin yüksəldilməsi» movzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 07 yanvar 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışam. 290-dən çox elmi və tədris-metodiki işin, o cümlədən 1 sorğu materiallarının (Rusiyada çap olunmuşdur), 1 istiqamətləndirici texniki materialların, 4 ixtira, 4 monoqrafiya (bunlardan 3-ü Almaniyanın Saarbryükken şəhərində yerləşən AV Akademikerverlag Gmbh & Co. KG / LAP LAMBERT Academic Publishing nəşriyyatında çap olunmuşdur), 3 dərslik, 10 dərs vəsaiti (bunlardan 1-i Rusiyada çap olunmuşdur), 11 metodiki göstəriş, 1 metodiki vəsait və 47 proqramın (o cümlədən 41 qrifli çap olunmuş proqram) müəllifiyəm. Elmi əsərlərimdən 47 – i ABŞ, Almaniya, İsveç, Rusiya, Türkiyə, Malaysiya, Belarusiya və Ukraynanın qabaqcıl texniki dərgi və məcmuələrində çap olunmuşdur. Müxtəlif beynəlxalq, eləcə də respublika elmi-texniki və metodiki konfranslarda çıxış etmişəm. Müxtəlif vaxtlarda Alman Akademik Mübadilə Xidmətinin (AAMX-DAAD) xətti ilə Almaniya Federativ Respublikasının Braunşveyq (1 il 4 ay: 04.06.1996-15.11.1997), Drezden Texniki Universitetlərində (3 ay: 01.08.2001-31.10.2001, 2 ay: 01.06.2015-31.07.2015) və Aaxen Ali Texniki Məktəbinin Metalkəsən Dəzgahlar Laboratoriyasının Metalkəsən dəzgahlar kafedrasında (2 ay: 01.08.2012-30.09.2012) elmi ezamiyyətdə ol-muşam. 21.02.2015-15.03.2015-də ABŞ Dövlət Departamentinin İnternational Visitor Leadership Proqramı (İVLP) üzrə “ABŞ-da ali təhsilin idarə olunması” təlim kursunu keçmiş və beynəlxalq sertifikat almışam. 1994 - 1996-ci illərdə maşınqayırma fakültəsinin elmi işlər üzrə dekan müavini vəzifəsində çalışmış, 2006 - 2010-cu, 2016-2018-ci illərdə AzTU-nun nəzdindəki D 02.171 Dissertasiya Şurasının Elmi Seminarının üzvü olmuşam. Hazırda AzTU da fəaliyyət göstərən ED 2.32 Dissertasiya şurasının üzvü, həmin şuranın nəzdində 3313.01-Maşınqayırma texnologiyası ixtisası üzrə elmi seminarın sədriyəm. AzTU-nun Elmi-Metodiki Şurasının sədri, Təhsil və elm komissiyasının sədri və Münagişə komissiyasının sədriyəm. 2015-ci ilin may ayının 22-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə «Maşınqayırma texnologiyası» kafedrası üzrə professor elmi adını almışam. 17.04.2015-ci ildən 2017-ci ilin ortalarına qədər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texnika elmləri bölməsi üzrə Ekspert şurasının üzvü olmuşam. 04.2014-cü ildən 2019-cu ilin ortalarına qədər Cənubi Ural Dövlət Universitetinin “Вестник ЮрГУ» jurnalının «Машиностроение» seriyasının redaksiya heyətinin üzvü olmuşam. Hazırda “Maşınşünaslıq” Beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüyəm. Prezident İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərimə görə mənə Azərbaycan Respublikasının “Əməkdar mühəndis” fəxri adı verilmişdir. Universitet, fakültə və kafedranın ictimai işlərində də fəal iştrak edirəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ailəliyəm. 2 qızım və 1 oğlum vardır. Atam Yusubov Dəmir Polad oğlu 1933-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 5 oktyabr 1990-cı ildə Lənkəran şəhərində vəfat etmişdir. Anam Qəribova Solmaz İzzət qızı 5 may 1937 –ci ildə Lənkəran şəhərində anadan olmuş, 2000-ci ilin 31 may tarixində Lənkəran şəhərində vəfat etmişdir. Bacım Yusubova Havanisə Dəmir qızı – 19.03.1960-ci il təvəllüdlü, ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi, hazırda Lənkəran şəhəri Vilvan kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Lənkəran şəhər Vilvan kəndində yaşayır. Qardaşım Yusubov Tofiq Dəmir oğlu – 15.02.1962-ci il təvəllüdlü, ali təhsilli mühasib. 1992-ci il 30 sentyabrda vəfat etmişdir. Bacım Yusubova Zeynəb Dəmir qızı 20 avqust 1963-cü ildə anadan olmuş, orta ixtisas təhsilli mühasib, 20 marta 1998-ci ildə vəfat etmişdir. Bacım Məmmədova (Yusubova) Rəvanə Dəmir qızı -24.07.1966-ci il təvəllüdlü, orta ixtisas təhsilli mühasib, hazırda işləmir, evdar qadın. Bakı şəhər, 9 mikrorayon, Cavadxan küçəsi, ev 4, mənzil 183-də yaşayır. Bacım Ağayeva (Yusubova) Almaz Dəmir qızı -15.04.1969-cu il təvəllüdlü, ali təhsilli coğrafiya müəllimi, hazırda Lənkəran şəhər 3 №-li orta məktəbdə şoğrafiya müəllimi işləyir. Lənkəran şəhəri, M. Nəsirli küç, ev 28-də yaşayır. Həyat yoldaşım Yusbova (Atakişibəyli) Fəxriyyə Mübariz qızı -01.02.1976-cı il təvəllüdlü, ali təhsilli –tarix müəllimi, hazırda işləmir. Bakı şəhəri Nərimanov rayonu A. Neymətulla küç. ev 70A mənzil 96-da yaşayır. Qızım Əli-zadə (Yusifli) Cahan Nizami qızı – 30.01.1996-cı il təvəllüdlü, ali təhsilni Qafqaz Universitetinin bakalavr səviyyəsinin “Mühasibat uçotu və audit” ixtisasını, Qərbi Kaspi Universitetinin magistratura səviyyəsinin “Maliyyə” ixtisasının “Maliyyə nəzarəti və audit” ixtisaslaşması üzrə bitirmişdir. Hazırda Almaniyanın Berlin şəhərində yaşayır. Qızım Yusifli Solmaz Nizami qızı – 06.01.1998-ci il təvəllüdülü, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr səviyyəsinin “Mühasibat uçotu və audit” ixtisasını və Azərbaycan Dövlət İqtisad Universitetinin maqistratura səviyyəsinin “Maliyyə nəzarəti və audit” ixtisaslaşması üzrə bitirmişdir. Hazırda Azərkosmosda maliyyəçi kimi çalışır və Bakı şəhəri Nərimanov rayonu A. Neymətulla küç., ev 70A, mənzil 96-da yaşayır. Oğlum Yusifli Polad Nizami oğlu – 26.04.2001-ci il təvəllüdlü, Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr səviyyəsinin “Maliyyə” ixtisası üzrə “Sabah” qruplarında təhsilni bitirmişdir. Hazırda Heinrich-Heine-Universitet Düsseldorfda iqtisadiyyat üzrə magistratura səviyyəsində təhsil alır və Düsseldorfda yaşayır. Ünvanım: Azərbaycan Respublikası, Bakı şəhəri, Ağa-Neymətulla küçəsi, ev 70A, mənzil 96, tel.: (ev) 465 97 60, 4659761 (mobil) (050 və ya 055) 324 50 12.


Education Information
Bachelor :
Master : Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutu
Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər (diplomlu mühəndis - 5 illik təhsil)
Doctorate : Çelyabinsk Dövlət Texniki Universiteti
05.02.08-«Maşınqayırma texnologiyası» ixtisası (texnika elmləri namizədi -məqsədli aspirantura)
Contact & CV
Telefon: +99455 324 5012

Social media