Mən, Qasımov Vaqif Əlicavad oğlu, 8 iyun 1963-cü ildə Azərbaycan Respublikasının Sabirabad rayonunun Padar kəndində anadan olmuşam. 1971-78-ci illərdə 12 №-li Padar 8 illik məktəbində təhsil almış, 1979-80-ci illərdə isə Qarasu kənd orta məktəbində oxumuş və həmin məktəbi bitirmişəm. 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) “İstehsal proseslərinin avtomatlaşdirilması” fakültəsinə daxil olmuş, “Tətbiqi riyaziyyat” ixtisası üzrə təhsil almağa başlamışam. Əlaçı tələbə olduğuma görə 1983-cü ildə təhsilimi davam etdirmək üçün məqsədli təyinatla İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutuna göndərilmişəm. 1986-cı ildə həmin institutun "Avtomatika və hesablama texnikası" fakültəsini "Tətbiqi riyaziyyat" ixtisası üzrə bitirərək mühəndis-riyaziyyatçı və proqramçı ixtisaslarına yiyələnmişəm. 1986-cı ildə milli kadr kimi Azərbaycana qayıtmış, təyinat üzrə Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətə başlamışam. 1986-87-ci illərdə Akademiyanın Fizika İnstitutunun Fiziki-kiməyvi biologiya bölməsində böyük laborant, 1987-90-cı illərdə Nəbatat İnstitutunun Riyazi modelləşdirmə qrupunda kiçik elmi işçi vəzifələrində işləmişəm. 1990-93-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzində (indiki İnformasiya Texnologiyaları İnstitutu) I dərəcəli mühəndis, aparıcı mühəndis, qrup rəhbəri, 1993-cü ildən 2000-ci ilədək isə elmi-tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışam. 2000-ci ildən 2016-ci ilədək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (Milli Təhlükəsizlik Nazirliyinin) Heydər Əliyev adına Akademiyasında Tədris şöbəsinin rəisi, fakültə rəisi (dekan) vəzifələrində işləmişəm. 22 dekabr 2016-ci ildə yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışam. 2016-cı ilin sentyabr ayından Milli Aviasiya Akademiyasının “İnformasiya sistemləri və proqramlaşdırma” kafedrasının 0,5 ştat professoru vəzifəsinə qəbul olunmuşam. 2017-ci ilin fevral ayından həmin kafedranın tam ştat professoru vəzifəsində işləyirəm. 2019-cu ilin mart ayından Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıram. Hazırda “Kompüter texnologiyaları” kafedrasının müdiriyəm. 1998-ci ildə “Açıq tipli kompüter şəbəkələrində təhlükəsizlik xidməti sisteminin effektiv strukturunun qurulması və realizə edilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi, 2005-ci ildə isə dosent elmi adı almışam. 2008-ci ildə "Qlobal informasiya şəbəkələrində paylanmış strukturlu intellektual informasiya-axtarış sistemlərinin layihələndirilməsinin əsasları və tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi, 2011-ci ildə isə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə professor elmi adı almışam. 2 nəfər fəlsəfə doktorunun və onlarla magistrin elmi rəhbəri olmuşam. 2009-cu ildən 2020-ci ilədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının informatika sahəsi üzrə Ekspert şurasının üzvü olmuşam. 2020-ci ildən Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən 2.41 Dissertasiya Respublikasının Silahlı Qüvvələri Akadeiyasının nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvüyəm. ABŞ, Finlandiya, Almaniya, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Sloveniya, Litva, Gürcüstan və s. ölkələrdə 50-yə yaxın beynəlxalq və respublika səviyyəli elmi-praktiki konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış etmişəm. 180 elmi əsərim, o cümlədən 1 ixtira, 4 monoqrafiya, 15 dərslik və dərs vəsaiti, 6 tədris proqramı, 130-dan cox elmi məqalə və tezislərim, eləcə də bir sıra albom-kitablarım çapdan çıxmışdır. “İnformasiya təhlkəsizliyi: kompüter cinayətkarlığı və kiberterrorçuluq” adlı monoqrafiyam “İntellekt-2008” mükafatına layiq görülmüşdür. Elmi-tədqiqat fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-1997-ci illərdə Qərb Universitetində baş müəllim, dosent, 1998-2007-ci illərdə Azərbaycan Texniki Universitetində, 2007-2008-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifələrində çalışmış, müasir informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, ali riyaziyyat və s. sahələrdə mühazirələr oxumuşam. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişəm. Ailəliyəm. 1 övladım var. Bakı şəhəri H.Zərdabi prospekti ev 41, mənzil 67 ünvanında qeydiyyatdayam. Ailə üzvlərim aşağıdakılardır: Həyat yoldaşım – Qasımova (Hüseynova) Kifayət Paşa qızı, 1963-cü ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olmuşdur. Azərbaycam Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsində çalışır. Bakı şəhəri H.Zərdabi prospekti ev 41, mənzil 67 ünvanında qeydiyyatdadır. Oğlum Qasımlı Fəxri Vaqif oğlu – 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. 6 saylı tam orta məktəb-liseyin 5-ci sinfində oxuyur. H.Zərdabi prospekti ev 41, mənzil 67 ünvanında qeydiyyatdadır.