Nəriman Rəsulov - Bioqrafiya

«Maşınqayırma texnologiyası» kafedrasının professoru, t.e.d., 1947-ci ildə anadan olmuşdur. Rəsulov N.M. 1968-ci ildə Azərbaycan Politexnik institutunu (indiki AzTU) «Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1968-70-ci illərdə Bakı Cihazqayırma zavodunda sex ustası, texnoloq işləmiş, 1970-73-cü illərdə AzTU-nun «Maşınqayırma texnologiyası» kafedrasının aspirantı olmuş, 1973-74-ci illərdə həqiqi əsgəri xidmət etmiş, 1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-ci ildən «Maşınqayırma texnologiyası» kafedrasının professoru, 2001-2009-cu illərdə Maşınqayırma fakultəsinin dekanı, 2009-2015-ci illərdə isə «Metrologiya və standartlaşdırma» kafedrasının müdiri, 2015-2023-cü illərdə «Maşınqayırma texnologiyası» kafedrasının professoru vəzifəsində işləmiş, 13.07.2023-cü ildən isə həmin kafedrada məsləhətçi professor vəzifəsində çalışır. AzTU-da ilk dəfə yaradılan Ağsaqqallar Şurasının üzvüdür, onun elmi katibi seçilmişdir. “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri vəzifəsində çalışdığı illərdə N.M. Rəsulovun kafedranın maddi – texniki bazasının yaxşılaşdırılması (15 müxtəlif cihaz alınmış, hər birinə aid laboratoriya işləri işlənmişdir və s.), tədris prosesinin dərslik və metodiki vəsaitlərlə təmin edilməsi, yerinə yetirilən elmi – tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, tələbəlrin elmi – tədqiqat işlərinə cəlb edilməsi, kurs işi, kurs layihəsi, buraxılış işləri və magistr dissertasiya işlərinin səviyyələrinin, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətlərindəki fəaliyyəti məhsuldar olmuşdur. Dos. N.M. Rəsulov 1985-86-cı tədris ilində M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız dilini mənimsəmiş, 1986-89-cu illərdə Əlcəzairdə, fransız dilli Annaba Texniki Universitetində ixtisası üzrə müəllim işləmiş, əmək fəaliyyətinin yüksək göstəricilərinə və fəal ictimai işinə görə SSRİ-nin Annabadakı baş konsulluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir. Tələbəlik illərində prof. N. Qədirovun rəhbərliyi altında “Riyazi rəqqasın iri rəqsləri” mövzusunda tələbə elmi konfranslarında məruzələr etmişdir. 1976–85–ci illərdə AzPİ–nin “Maşınqayırma texnologiyası” kafedrasının nəzdində olan Tələbə Konstruktor Texnoloji bürosunun rəhbəri, fakultə həmkarlar təşkilatının sədri olmuşdur. Rəhbərliyi altında tələbələr tərəfindən yerinə yetirilmiş elmi – tədqiqat işləri dəfələrlə müxtəlif müsabiqələrdə mükafatlara layiq yerlər tutmuşlar (1979–cu il, Penza şəhəri, tələbə Vəliyev Q.K “Təbiət, texniki və humanitar” elmlər üzrə 1977/1978 – ci illər üçün tələbələrin ən yaxşı işlərinin Ümumittifaq müsabiqəsi, 2014–cü il, Bakı, AzTU, magistrant Yaqublu G.B. Sənaye ili ilə əlaqədar olaraq tələbələrin ən yaxşı məqalələri müsabiqəsi və s.). N.M. Rəsulov 1979-cü ildən texnika elmləri namizədi (müdafiə: İ. Qubkin adına Moskva Neft və Qaz Sənayesi İnstitutu), 2000-ci ildən isə texnika elmləri doktorudur. O, bir sıra Elmi-tədqiqat işlərinin məsul icraçısı və rəhbəri olmuşdur. İxtirası Rusiyada tətbiq edilmişdir. Elmi-tədqiqat işinin əsəs istiqaməti “Mürəkkəb fırlanma səthlərinin emal səmərəliliyinin yüksəldilməsi”dir. Hazırda onun rəhbərliyi altında fəlsəfə və elmlər doktorantları «Texniki vasitələrin istehsal keyfiyyətlərini idarə etməklə istehsal və istismar səmərəliliklərinin yüksəldilməsi» mövzulu problem üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər. N.M. Rəsulovun 50 illik Elmi-pedaqoji fəaliyyətinin nəticələri 300-dən çox məqalə, ixtira və patent (15), konfrans materialı, dərslik (5), dərs vəsaiti, monoqrafiya (2) və sairədə əks olunmuşdur. Elmi əsərləri azərbaycan, türk, rus, ingilis, fransız və çex dillərində Azərbaycan, Rusiya, Amerika, Almaniya, Ukrayna, Çexoslavakiya, Türkiyə, Polşa, Belarusiya və s.-də dərc olunmuşdur. Prof. N.M. Rəsulov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət qulluğu Məsələləri üzrə Müsahibə Komissiyanın müstəqil eksperti (2011-2016), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (2013-2016), Respublika Təhsil Nazirliyinin “Metallurgiya və maşınqayırma” bölməsi üzrə Elmi – Metodik şuranın üzvü (2012-2015), Sumqait Dövlət Universitetini akkreditasiya komissiyasının üzvü (2015), Gəncə Pedaqoji Universitetini (2016) və Azərbaycan Universitetini (2017) akkreditasiya komissiyalarının sədri olmuşdur. Onun akkreditasiya komissiyalarındakı fəaliyyətləri Təhsil Nazirliyi tərəfindən təşəkkürlə qiymətləndirilmişdir. O, “Maşınqayırma texnologiyası” “Materiallar texnologiyası” və “Nəqliyyat sistemlərinin texnologiyas” ixtisasları üzrə alimlik dərəcələrini almaq üçün dissertasiyaların müdafiəsi üzrə dissertasiya şurasının üzvi, elmi katibi olmuş, hazırda isə “Maşınqayırma texnologiyası” “Materiallar texnologiyası” şura sədrinin müavinidir. Hər il Minckdə (Belarus Respublikası) keçirilən «Современные методы и технологии создания и обработки материалов» mövzulu Beynəlxalq еlni-texniki konfransın (ФТИ НАН) təşkilat komitəsinin üzvüdür (2015...2018). Maşınqayırma sahəsindəki elmi fəaliyyətini və elmi məqalələrinin dəyərini nəzərə alaraq “American Journal of Science, Engineering and Technology” jurnalının Elmi nəşriyyat qrupu onu bu jurnalın redaksiya heyətinin üzvülüyünə (2018-2019-cu illər) qəbul etmiş və ona uyğun Sertifikat təqdim etmişdir. 2015-ci ildən Journal of Baku Engineering University, Mechanical and Industrial Engineering, An International Journal. ISSN 2310-9041,jurnalının Redaksiya heyətinin üzvüdür. 2011 və 2018-ci illərdə o, əməkdaşın mobilliyi tipli «Erasmus +» “proqramında iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2011-ci il T-396 saylı qərarı ilə o, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir. 2018-ci ildə Azərbaycan müəllimlərinin XV qurultayının nümayəndəsi olmuşdur. Elmi – tədqiqat işlərinin əsas istqaməti “Mürəkkəb profilli fırlanma səthlərinin emal səmərəliliyinin yüksəldilməsi”dir. Hissələrin, səthlərin emal keyfiyyətinin kəmiyyətcə qiymətləndirilməsi və onun istismar keyfiyyəti ilə əlaqəsi üzrə elmdə olan boşluqlarla əlaqədar olaraq bu istiqamətdə də elmi – tədqiqat işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli,2394 nömrəli sərəncamı ilə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. N.M. Rəsulovun rəhbərliyi altında üç texnika elmləri namizədi-fəlsəfə doktoru dissertasiyası (1999, 2004 və 2016-cı illər) və bir texnika elmlər doktoru (2021) dissertasiya işləri müdafiə edilmişdir.


Təhsil bilgiləri
Bakalavr :
Magistr :
Azərbaycan Politexnik İnstitutu (indi AzTU) Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər, mühəndis-mexanik
Doktorantura : Azərbaycan Texniki Universiteti
Maşınqayırma texnologiyası, texnika elmləri doktoru
Əlaqə & CV
Telefon: 994 50 359 54 97

Sosial media