Əhməd Məmmədov - Bioqrafiya

Mən, Məmmədov Əhməd Adil oğlu 1949-cu il iyun ayının 9-da Gürcüstan Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşam. Azərbaycanlıyam. 1956-cı ildə Qardabani rayonunun Kosalı kənd orta məktəbində birinci sinfə daxil olmuş və 1966-cı ildə həmin məktəbi gümüş medalla bitirmişəm. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakultəsində “Radiotexnika” ixtisası üzrə birinci kursa qəbul olunmuş və 1974-cü ildə həmin ixtisasın tam kursunu bitirərək, radiomühəndisi ixtisasına yiyələnmişəm. Əmək fəaliyyətinə 2 sentyabr 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Ümumi və nəzəri elektrotexnika” kafedrasında laborant vəzifəsində başlamışam, sonra isə laboratoriya müdiri vəzifəsində çalışmışam. 1972 – 1974-cü illərdə Sovet Ordusu sıralarında (Semipalatinsk şəhəri) hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən tərxis edildikdən sonra əmək fəaliyyətimi Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) davam etdirmiş və 1980-cı ildə “Ümumi və nəzəri radiotexnika” kafedrasında müsabiqə yolu ilə boş olan assistent vəzifəsinə, 1992-ci ildə həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişəm. 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşəm. 2007-ci ildə həmin kafedrada dosent vəzifəsinə seçilmişəm. 4 övlad atasıyam.


Təhsil bilgiləri
Bakalavr : Azərbaycan Politexnik İnstitutu
Radiotexnika
Magistr :
Doktorantura :
Əlaqə & CV
Telefon: 055 716 31 55

Sosial media