Miryusif Mirbabayev - Bioqrafiya

Mirbabayev Miryusif Fazil oğlu Azərbaycan Texniki Universitetinin “Sənaye Ekologiyası və HFT” kafedrasının (hazırda - "Kimya texnologiyası, təkrar emal və ekologiya" kafedrası) professoru, kimya elmlər doktoru. 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.1970-ci ildə 200 nömrəli orta məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstituna (2015-ci ildən “Azərbaycan Neft və Sənaye Universiteti“ adlanır) daxil olmuşdur. 1986-cı ildə “Neft-Kimyası” ixtisası üzrə namizədlik dissertasiyasına, 1994-cu ildə isə həmin istiqamət üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-1993-cü illər Azərbaycan Respublikası, Ekologiya üzrə Dövlət Komitəsində aparıcı ekspert. 1994-1995-ci illər Azərbaycan Respublikası, Ekologiya üzrə Dövlət Komitəsində, Ekologiya mərkəzində Elm üzrə direktor müavini. Azərbaycanda və xaricdə (Rusiya Federasiyası, Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Venesuela, Ruminiya, İtalia, Qazaxıstan və s.) 240-dən çox elmi işin müəllifidir. Bunlara : 1 - “Neft-Kimya” sahəsi üzrə patent ( Moskva, 1986); 1 - “Neft-Kimya” sahəsi üzrə kitab ( Bakı, 1992); “Sənaye Ekologiyası” sahəsi üzrə 1 dərslik (Bakı, 2005), 7 dərs vəsaiti ( Bakı, 2002, 2004, 2005, 2008, 2009, 2011, 2015); neftin tarixi haqqında 7 kitab ( Bakı, 2004, 2007, 2008, 2012, 2013, 2015. New York, 2022); müxtəlif sahələr üzrə elmi məqalələr aiddir. 1994-cü ildə 126 səhifə həcmində Bakıda nəşr olunan "Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində normativ sənədlər" Azərbaycan Respublikasında atmosfer havasının mühafizəsinə dair sənədlər toplusunun həmmüəllifidir və ifaçıdır. 2004-cü ildə 100 səhifə həcmində Bakıda nəşr olunan "Rusca-Azərbaycanca izahlı politexnik lüğətin" həmmüəllifidir. Elmi işləri: 230-dən çox elmi işin, o cümlədən, 7 monoqrafiya, 1 patent, 7 dərs vəsait və 1 dərslik müəllifidir. Aşağıdakı jurnallarda məqalələri nəşr edilmişdir: «Азербайджанское нефтяное» хозяйство" (Баку), «Химия и технология топлив и масел», «Нефтехимия», «Терpитория Нефтегаз», «Нефтяное хозяйство» və "Нефть и жизнь" (Москва), “Azerbaijan İnternational” (USA, Californiya), “Ноrizon” (UK, BP), “Venture” (UK, Aberden), “Caspian World” (Azerbaijan), “Caspian” (Kazakhstan), “Oil-İndustry History” (USA), “Resеrvoir” (Canada), “EPM” (Italy), “Engineering and Applied Sciences” (USA), "Petroleumworld" (Venezuela), “Noema” (Romania) və s. Hal-hazırda Bakı şəhərində Neft muzey qrupunun neft tarixi üzrə ekspertdir və “Azərbaycan neft təssərrufati” jurnalının (“Azerbaijan oil industry” magazine) redaksiya heyətinin uzvudur. Neft və qaz sənayesinin inkişafında onun səyləri üçün layiq gorülmüşdur: 1. Azərbaycan Respublika Komitəsinin Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Fəxri Diplomu (3 iyul, 2009 il); 2. SOCAR Neft Şirkətinin Fəxri Fərmanı (20 sentyabr, 2014-ci il); 3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı (18 sentyabr, 2015-ci il); 4. SOCAR Neft Şirkətinin "Fəxri neftçi" doş nişanı (18 sentyabr, 2019-ci il).


Təhsil bilgiləri
Bakalavr : Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutu
Neft kimyası
Magistr : Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutu
Neft kimyası
Doktorantura : Yusif Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutu
02.00.13 - Neft kimyası
Əlaqə & CV
Telefon: 99450 5320485

Sosial media