Heyran Abbasova - Bioqrafiya

H.M.Abbasova 04 mart 1987-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub. 2004-cü ildə R.Abdullayev adına Qubalıbalaoğlan kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Texniki Universiteinin Maşınqayırma fakültəsində bakalavriat səviyyəsinə daxil olmuşdur. H.M. Abbasova 2008-ci ildə AzTU-nun Maşınqayırma fakültəsində TT200000 – “Maddi istehsal vasitələrinin renovasiyası” ali peşə istiqaməti TT200100 -“Maddi istehsal vasitələrinin renovasiyası (maşınqayırmada)” ixtisası üzrə bakalavriat və 2010-cu ildə TTM120000 “Maddi istehsal vasitələrinin renovasiyası” ali peşə-ixtisas istiqaməti TTM120001-“Madii istehsal vasitələrinin renovasiyası (maşınqayırma üzrə)” ixtisaslaşması üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ilin dekabr ayında Azərbaycan Texniki Universitetinin doktoranturasına fəlsəfə doktoru proqramın-da 3313.01 “Maşınqayırma texnologiyası” ixtisası üzrə qiyabi daxil olmuş, 2015-ci ildə həmin səviyyəni bitirmişdir. O, 2021-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işini müdafiə etmiş və ona Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. O, 2009-cu ildə Maşınqayırma texnologiyası kafedrasında 0,5 ştat, 2010-cu ildə 1,0 ştat tədris ustası vəzifəsində işə qəbul edilmişdir. 2010-cu il tədris ilində Abbasova H.M. 0,5 ştat, 2011-ci ildə müqavilə əsasında tam ştat, 2014-cü ildə müsabiqədən keçməklə tam ştat assistent, 2017-ci ildə isə tam ştat baş müəllim vəzifəsinə təyin edilmişdir. 2022-ci ildən Maşınqayırma və robototexnika fakültəsinin Tələbə Elmi Cəmiyyətinə sədrlik edir.


Təhsil bilgiləri
Bakalavr : Azərbaycan Texniki Universiteti
Maddi istehsal vasitələrinin renovasiyası
Magistr : Azərbaycan Texniki Universiteti
Azərbaycan Texniki Universiteti
Doktorantura : Azərbaycan Texniki Universiteti
Maşınqayırma texnologiyası
Əlaqə & CV
Telefon:

Sosial media